Tiflisdə yaşayış binasında partlayış olub, xəsarət alanlar var

19-10-2019, 10:39           
Tiflisdə yaşayış binasında partlayış olub, xəsarət alanlar var
Gürcüstanın paytaxtı Tbilisi şəhərində Quramişvili prospektində yerləşən yaşayış binalarının birində güclü partlayış baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, partlayış binanın dörd mərtəbəsində dağıntılara səbəb olub.

Hadisə nəticəsində bir neçə insanın xəsarət aldığı bildirilir. Onların dəqiq sayı müəyyənləşdirilir.

Binanın sakinləri təxliyyə olunub. Partlayış nəticəsində binanın həyətində olan bir neçə avtomobilə də ziyan dəyib.

Partlayışa təbii qaz sızmasının səbəb olduğu ehtimal edilir.

Hadisə yerinə polis və xilasedicilər cəlb olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.