Yanacaqdoldurma məntəqəsində gecə fırıldağı

20-10-2019, 21:43           
Yanacaqdoldurma məntəqəsində gecə fırıldağı
Gəncədə yanacaqdoldurma məntəqələrinin birində operator vəzifəsində çalışan Rauf Ramiz oğlu Abbasov polisə ərizə ilə müraciət edib
Gəncədə yanacaqdoldurma məntəqəsində operator vəzifəsində işləyən şəxsə saxta pul əskinası verərək benzin alıblar.

Teref.az "Report"a istinadən bildirir ki, bununla bağlı şəhərin Nizami Gəncəvi prospektində yerləşən yanacaqdoldurma məntəqələrinin birində operator vəzifəsində çalışan Rauf Ramiz oğlu Abbasov polisə ərizə ilə müraciət edib.

O bildirib ki, oktyabrın 19-da gecə saat 1 radələrində məntəqəyə avtomobillə gələn naməlum şəxs ona yanacaq doldurması üçün yüz manat pul verib. Məntəqənin işçiləri əvvəlcə pulun saxta olduğunu müəyyən etməsələr də, sonradan əskinasın saxtalığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.