Husilər Yəmənin Marib şəhərində Müdafiə naziri Məhəmməd əl-Makdisinin iclası zamanı ofisə raketlərlə hücum ediblər.
Teref.az xəbər verir ki, Makdisi bombalanan ofisdən sağ qurtulsa da, iki əsgər dünyasını dəyişib. Hücumla bağlı Husilərdən hər hansı açıqlama gəlməyib.
Qeyd edək ki, Yəmənin qərbindəki Marib bölgəsi Husilərin nəzarətindədir. /virtualaz/