Cənubi Koreya helikopterinin qəzaya uğraması nəticəsində 7 nəfər itkin düşüb
1-11-2019, 05:57
Cənubi Koreyanın helikopteri qəzaya uğrayıb.
Bu barədə "Report" Renhap" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hadisə Yapon dənizində baş verib. Qəza zamanı helikopterdə yaralı balıqçı, onun yoldaşı və 5 xilasedici də daxil olmaqla, 7 nəfər olub. Onların hamısı itkin düşüblər.
İtkinlərin axtarışına onlarla hərbi gəmi və helikopterlər cəlb edilib.