"Boeing"də yeni SKANDAL

1-11-2019, 15:17           
"Boeing"də yeni SKANDAL
Avstraliyanın "Qantas" hava yolu şirkətinə aid "Boeing 737 NG" tipli təyyarə havada olarkən bir hissəsində yaranan "çatlama" səbəbi ilə təcili eniş edib.

Primetime.az xəbər verir ki, "Boeing 737 NG" təyyarələrində müşahidə edilən ortaq problem səbəbi ilə dünya miqyasında 50 təyyarənin havaya qalxmasına icazə verilməyib. "Qantas" şirkəti tərəfindən verilən açıqlamada "bu formada bir çat yaransa da, bu dərhal təyyarənin təhlükəsizliyi üçün qorxulu vəziyyət deyil. Bir təyyarənin təhlükəsizliyindən tam əmin olmadan uçuşa icazə verə bilmərik" - deyə qeyd olunub.

Qeyd edək ki, Amerika Aviasiya Təşkilatı ötən ay "Boeing 737 NG" təyyarələri haqqında araşdırma tələb edib. "Boeing" şirkəti 13 martdan bəri 737 seriyasının son modeli olan "MAX"ların ard-arda iki qəza keçirməsi nəticəsində böyük maddi itki verib. Nəticədə şirkətin istehsal etdiyi 400-ə yaxın təyyarənin uçuşu ləğv olunub, 500-dən çox təyyarəni isə təhvil verilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.