Azərbaycanda 7 canavar kəndə hücum etdi – Video

3-11-2019, 12:30           
Azərbaycanda 7 canavar kəndə hücum etdi – Video
Quba və Qusar rayonlarında dağ kəndlərinə qar yağıb.
Yenisabah.az xəbər verir ki, Qubanın dağ kəndləri olan Xınalıq, Qrız, Xaltan və Qonaqkənd kəndlərinə qar yağıb.

Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 14 santimetr, temperatur 10 C°, Xaltan kəndində dağlarda 4 santimetr təşkil edir, temperatur da kəskin dəyişməyib. Qonaqkənd qəsəbəsinə isə az miqdarda qar yağıb.

Həmçinin, Qusarın Ləzə kəndinə də qar yağıb. Qarın hündürlüyü 10 santimetr, temperatur 10 C° təşkil edib.

Qardan sonra Qubanın Xınalıq kəndinə 7 canavar hücum edib, ancaq kənd camaatı ayıq-sayıq olub. Sabaha kimi kəndin içində olan canavarlar sakinlərdən heç nə apara bilməyib.

Sakinlərdən biri deyir ki, gecə 7 canavar evlərin yanından əl çəkməyib. Bu hal axşam yağan qardan sonra baş verib. “Tüfənglə vurmağa da qorxuruq ki, cərimə yazılar. Özümüz də çölə çıxa bilmirik. Sabaha kimi kəndin içində olan canavarlar hava açılan kimi getdilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.