Dəmirəlin 1967-ci il Bakı səfəri: kadrda görün kim var - Video

6-11-2019, 00:33           
Dəmirəlin 1967-ci il Bakı səfəri: kadrda görün kim var - Video
1967-ci ildə o vaxt Türkiyənin Baş naziri olan Süleyman Dəmirəl Bakıya gələrkən onu qarşılayanlar arasında Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri general Heydər Əliyev də olub.

Kult.az xəbər verir ki, bu tarixi səfərin görüntülərini rejissor Füzuli Sabiroğlu Yutub kanalında paylaşıb.

Həmin dönəm üzdən o qədər də tanınmayan, bu tanınmamağından istifadə edərək, Azərbaycanın birinci katibi olarkən Bakıda şəxsən reydlər keçirən və özünün dediyi kimi, “Mixaylo şəhərdədir!” sensasiyasının yaranmasına səbəb olan Heydər Əliyev yalnız bir kadrda bir anlıq görünür.

Heydər Əliyevin Süleyman Dəmirəllə dostluq əlaqələrinin yaranmasının da bu dönəmdən başladığı ehtimal olunur.

Baş nazir Süleyman Dəmirəlin Bakı səfərinin görüntülərini təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.