Gənc qadına iki gün ərzində təcavüz edib çılpaq rəqs etdirdi - DƏHŞƏT...

7-11-2019, 19:26           
Gənc qadına iki gün ərzində təcavüz edib çılpaq rəqs etdirdi - DƏHŞƏT...
İspaniyada bir qadına iki gün ərzində işkəncə verən və bu da azmış kimi təcəvüz edən adam 9 illik həbs cəzasına məhkum edilib. Sözügedən şəxsin qadını köləliyə məcbur etdiyi və zorla çılpaq rəqs etdirdiyi bildirilib.

Moderator.az xəbər verir ki, 28 yaşlı ingiltərəli keçmiş Reqbi oyunçusu Dilan Rori Roqers tətil üçün İspaniyaya gedib. Burada 23 yaşlı gənc bir qadınla tanış olan adam qadını yaşadığı mənzilə apararaq oradan çıxmasına icazə verməyib. Əvvəlcə qadını bibər qazı ilə zərərsiz hala gətirərək üzərinə yumurta atıb. Cani adam daha sonra qadına təcavüz etdikdən sonra zorla çılpaq şəkildə rəqs etməyə məcbur edib.

Başını dəfələrlə divara çırpdığı qadını boğmağa çalışan adam "səni burda öldürsəm heç kimin ruhu duymaz"deyərək qadına iki gün boyunca işkəncə verməyə davam edib. Gənc qadın bir şəkildə 8 mərtəbəli binadan qaçmağı bacarıb və adamdan şikayətçi olub.

Qeyd edək ki, hadisənin təfərrüatları İspaniyanın Palma şəhərində baş tutan məhkəmə prosesində ortaya çıxıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.