Xəzərin sahili, arxiv şəkliXəzər əldən gedir, bəla bu dəfə göydən gəlib

8-11-2019, 00:05           
Xəzərin sahili, arxiv şəkliXəzər əldən gedir, bəla bu dəfə göydən gəlib
R.Məmmədovun sözlərinə görə, Xəzərin səviyyəsi 1,5-2 metr düşərsə, böyük fəsadları olacaqR.Məmmədovun sözlərinə görə, Xəzərin səviyyəsi 1,5-2 metr düşərsə, böyük fəsadları olacaq
Xəzər dənizinin səviyyəsi ötən illə müqayisədə 18 sm düşüb. Bu barədə İranın Xəzər dənizi üzrə Milli Araşdırmalar Mərkəzinin sədri Seyid Məsumə Bəni Haşimi danışıb.

Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Qazaxıstanda yağıntıların azalması Xəzərin səviyyəsinin enməsinə səbəb olub. Mərkəzin sədri qeyd edib ki, Xəzər dənizinə tökülən Volqa çayında suyun azalması da əsas səbəblər arasındadır.

AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xəzərin səviyyəsinin azalmasına səbəb Volqa çayının suyunun azalmasıdır.

O əlavə edib ki, 18 sm böyük rəqəm deyil. Ancaq bu rəqəm gələcəkdə artarsa, fəsadları ola bilər:

"Əvvəldən Xəzərin səviyyəsinin artacağı gözlənilirdi. Amma proqnozlaşdırıldığı kimi olmadı. İndi Xəzərin səviyyəsi aşağı düşür. Nə qədər davam edəcəyini isə elm belə müəyyən edə bilmir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.