Boliviyada yenidən iğtişaşlar başlayıb

16-11-2019, 07:21           
Boliviyada yenidən iğtişaşlar başlayıb
Boliviyanın böyük şəhərlərindən olan Koçabambada yenidən etiraz aksiyaları başlayıb.

APA "RİA Novosti"yə istinadla xəbər verir ki, bu dəfə etirazçılar ölkə prezidentinin səlahiyyətlərini həyata keçirən senatın vitse-spikeri Janine Agnesə qarşı çıxıblar.

Hərbi qüvvələr etirazçıları dağıddığı bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Onlarla etirazçı saxlanılıb, onlardan odlu silah aşkarlanıb.

Qeyd edək ki, oktyabrın 20-də Boliviyada keçirilən prezident seçkilərində Evo Morales ilk turda qalib gəlmişdi. Lakin əvvəlki prezidentin əsas rəqibi Karlos Mesa seçkinin nəticələrini tanımayaraq nümayişlərə qərar vermişdi.

Son anda Boliviya silahlı qüvvələri Moralesi ölkədəki sabitliyi təmin etmək üçün vəzifəsindən getməyə çağırdı və bundan sonra o, istefa verdi.

Hazırda Morales ölkəni tərk edərək Meksikada məskunlaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.