Oqtay Gülalıyevdən yeni XƏBƏR VAR

18-11-2019, 16:25           
Oqtay Gülalıyevdən yeni XƏBƏR VAR
“Oqtayın hazırda İstanbuldakı “Amerika Xəstəxanası”na (“Amerika Hastanesi”) köçürülməsinə başlanılır».

Modern.az xəbər verir ki, bunu noyabrın 18-də “Azadlıq” radiosuna hüquq müdafiəçisi, hazırda Türkiyədə müalicə olunan Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

Xanımı deyib ki, “Avrasiya” Klinikasında aparılan müalicəyə baxmayaraq, O.Gülalıyevin səhhətində hər hansı irəliləyiş yoxdur.

“Vəziyyəti ağır olaraq qalır, komadan ayılmayıb. Hazırda epiqrizləri hazırlanır ki, yaxın saatlarda “Amerika Xəstəxanası”na aparaq”- F.Gülalıyeva bildirib.

Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-u axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, düz piyada xəttinin üstündə baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

Beyin zəilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.