Azərbaycanda arvad ərini döyüb çölə atdı - Video

2-12-2019, 20:49           
Azərbaycanda arvad ərini döyüb çölə atdı - Video
Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində çıxış edən Sarvan adlı şəxs arvadı tərəfindən şiddətə məruz qaldığını və evdən qovulduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, ərin sözlərinə görə arvadı səhər çıxıb axşam evə qayıdırmış. Ev işlərini özü görər, uşaqları isə məktəbə aparıb gətirərmiş. Amil Xəlil onun yaşadığı məhəlləyə yollanıb. Binəqədi qəsəbəsində qalan Sarvanın dediklərini onun qonşuları da təsdiq edib. İş o yerə gəlib ki, qonşuları Sarvanın tərəfini saxladığı üçün qarşı tərəfin təzyiqləri ilə üzləşib. Sarvanın qayınanası da açıqlama verib. Onun sözlərinə görə Sarvanın ev işləri görməyində heç bir problem yoxdur sadəcə qızı ayrılmaq istədiyini bildirib.

Qayınana ilə kürəkən arasında mübahisə də düşüb. Həmin anları təqdim edirik.

Qeyd edək ki, qadının və digər qohumların açıqlamalarını geniş formada siz həftə içi hər gün 12:50 də yayımlanan "Gəl dərdini danış" sosial-kriminal layihədə izləyə bilərsiniz.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.