Gimnast metrələrcə yüksəklikdən yerə düşdü

6-12-2019, 18:46           
Gimnast metrələrcə yüksəklikdən yerə düşdü
Latviyada keçirilən İkinci Beynəlxalq Hava Atletika Çempionatında bədbəxt hadisə yaşanıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Latviyanın paytaxtı Riqada rus atlet Yevqeniya Asanova hava gimnastikası vaxtı tutduğu xalatın qopması ilə 8 metr yüksəklikdən yerə çırpılıb.
Hadisə nəticəsində gimnastın iki onurğa sümüyü qırılıb. Təcili əməliyyat edilən Asanovanın yerimə qabiliyyətini itirib itirməyəcəyi bilinmir.
Rusiya mətbuatında yer verilən xəbərlərə görə, hadisə yaşanan binada təcili yardım və ya həkim olmayıb.
Bu da Asanovanın vəziyyətinin daha da pisləşməsinə səbəb olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.