Milli Məclisin deputatı vəfat etdi

6-12-2019, 21:00           
Milli Məclisin deputatı vəfat etdi
Milli Məclisin deputatı Yevda Abramov vəfat edib.

Teref.az xəbər verir ki, bu barədə Report-a Milli Məclisin deputatı Vahid Əhmədov məlumat verib.

Onun sözlərinə görə, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov bu gün müalicə aldığı Mərkəzi Klinik Xəstəxanasında 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.