38 nəfərin olduğu təyyarə radarlardan itib

10-12-2019, 09:51           
38 nəfərin olduğu təyyarə radarlardan itib
Axtarışlara hərbçilər və xilasedicilər cəlb edilib
Çili Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “Hercules C130” təyyarəsi dekabrın 9-da radarlardan itib. Avtosfer.az xəbər verir ki, təyyarə ilə əlaqə Punta-Arenas şəhərindən havaya qalxdıqdan 1.5 saat sonra kəsilib.

Bildirilir ki, hava gəmisinin göyərtəsində 38 nəfər olub. Onlardan 17-si ekipaj üzvü, 21-i isə sərnişindir. Təyyarə Çilinin Antarktikada yerləşən prezident Eduardo Freya Montalva adına aviabazasına uçurmuş.

HHQ-nin məlumatında görə, təyyarə neft boru kəmərinə xidmət edən personalı aparırmış.

Axtarışlara hərbçilər və xilasedicilər cəlb edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.