SON DƏQİQƏ: Rusiya ordusu Qazaxıstana ballistik raket atdı - FOTO

14-01-2020, 08:51           
SON DƏQİQƏ: Rusiya ordusu Qazaxıstana ballistik raket atdı - FOTO
Rusiya ordusunun atdığı “İsgəndər-M” ballistik raketi Qazaxıstanın Aqtöbe şəhərinə düşüb.

Publika.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, mərmi boş əraziyə düşdüyündən tələfat qeydə alınmayıb. Bildirilir ki, raket təlim zamanı Rusiyanın Həştərxan vilayətindəki kosmik bazadan atılıb. Lakin raket şərti hədəfə tuş gəlməyib. Hadisədən dərhal sonra Rusiyanın hərbi diplomatları qazaxıstanlı həmkarları ilə əlaqə quraraq vəziyyət barədə söhbət aparıblar.

Qazaxıstanın Müdafiə Nazirliyinin məlumatına görə, raketin düşdüyü ərazi mühasirəyə alınıb. Ölü və yaralılar yoxdur. Hadisə barədə araşdırma aparılır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.