Rusiyada məhkəmə binasında atışma olub, ölən və xəsarət alan var

16-01-2020, 08:26           
Rusiyada məhkəmə binasında atışma olub, ölən və xəsarət alan var
Rusiyada məhkəmə binasında atışma olub.

“Report” xəbər verir ki, bu barədə TASS fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Kemerovo vilayətində, Novokuznetskdə baş verib.

Hadisə zamanı 2 nəfər – bir qadın və bir kişi xəsarət alıb. “Kişi təcili yardım maşınında ölüb. O, ağır vəziyyətdə idi”, - hüquq mühafizə orqanlarından bildirilib.

Qeyd edilir ki, hadisəni törədən şəxs saxlanılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.