“Şeytan çıxarma” ayinindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR VİDEO

18-01-2020, 08:08           
“Şeytan çıxarma” ayinindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR VİDEO

Panama polisi dini ayinin keçirildiyi əraziyə basqın zamanı şok mənzərə ilə üzləşib.

Teref.az Publika.az-a istinadən xəbər verir ki, “şeytan çıxarma ayini”ndə 7 nəfərin öldürüldüyü məlum olub. Cəsədlərin yaşları 1-17 arası olan şəxslərə aid olduğu bildirilir.

Məlumata görə, “Tanrının yeni işığı” adlı təriqətin düşərgəsində aparılan axtarışlar zamanı işgəncəyə məruz qalan 14 nəfər xilas edilib. Dini ayinləri təşkil edən 10 nəfər nəzarətə götürülüb.

Polisin məlumatına görə, təriqət üzvlərinin dini ayinlər zamanı onlarla insanı qətlə yetirdiyi güman edilir. Cəsədlərin tapılması üçün ərazidə axtarışlar aparılır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.