İranın aeroportu fəaliyyətini dayandırdı – Hava şəraiti ilə əlaqədar

19-01-2020, 17:35           
İranın aeroportu fəaliyyətini dayandırdı – Hava şəraiti ilə əlaqədar
Qar yağması və görmə üfüqünün azalması ilə İran paytaxtı Tehran şəhərində Mehrabad beynəlxalq hava limanında uçuşlar dayandırılıb...

Bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Rza Cəfərzadə deyib. Bu barədə Trend təşkilatın informasiya portalına istinadən məlumat verib.

R.Cəfərzadənin sözlərinə görə, aeroportda uçuşların bərpa olunması ilə əlaqədar məlumat veriləcək.

Cəfərzadə bildirib ki, İmam Xomeyni beynəlxalq aeroportunda uçuşlar həyata keçirilməkdədir.

Qeyd edək ki, İranın bir sıra vilayətində qar yağması səbəbi ilə aeroportlarda uçuşlar ya dayandırılıb ya da gecikmə ilə həyata keçirilir. (Trend)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.