25 yaşlı oğlan güllələndi - Azərbaycanda

21-01-2020, 00:00           
25 yaşlı oğlan güllələndi - Azərbaycanda
Mingəçevirdə 25 yaşlı gənc odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Teref.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, köçkün şəhərciyinin yanında baş verib. Belə ki, magistral yolun kənarında iki nəfər arasında başlayan mübahisə daha sonra münaqişəyə çevrilib. Nəticədə, 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Mirzəyev Ziyad Ələddin oğlu odlu silahdan açılan atəş nəticəsində döş qəfəsi nahiyəsindən xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi hələ məlum deyil. İlkin məlumata əsasən, hadisəni törədən şəxs də digər qəsəbədə yaşayan məcburi köçkündür.

Faktla bağlı araşdırma aparılır. /APA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.