Qubada çəkilmiş ŞOK görüntülər: Qeyri-adi varlıqlar evə ayaq açdı - Video

22-01-2020, 08:56           
Qubada çəkilmiş ŞOK görüntülər: Qeyri-adi varlıqlar evə ayaq açdı - Video
Quba rayonunun Əlibəyqışlaq kəndində qəribə məxluq peyda olub.
“Yeni Sabah” xəbər verir ki, kənd sakinlərinin telefonla çəkdiyi görüntülər ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində nümayiş etdirilib.

3 aydır evində qeyri-adi varlığın göründüyünü bildirən kənd sakini ailə üzvlərinin evə girə bilmədiklərini söyləyib.

Kəndin axundu da verilişə gəlib. O, kənd əhalisinin istəyilə proqrama qatıldığını bildirib və həmin qeyri-adi məxluqun tutulması üçün kömək istəyib.

Onun sözlərinə görə, sözügedən varlıq insanlara daş ataraq xəsarətlər yetirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.