Nazir restoranda içkili vəziyyətdə dava saldı

24-01-2020, 00:00           
Nazir restoranda içkili vəziyyətdə dava saldı
Restoranda içkili vəziyyətdə dava salan nazir istefa verib.
Teref.az xəbər verir ki, Slovakiyanın Ekologiya naziri Laslo Solimos bu gün tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, 51 yaşlı siyasətçinin bu addımı atmasına səbəb yanvarın 22-də Bratislavanın mərkəzindəki restoranların birində içkili vəziyyətdə dava salması, restoranın işçilərinə hücum etməsi və onlardan birinə xəsarət yetirməsi olub.

Məsələ ictimailəşdikdən sonra Baş nazir Peter Pelleqrini L.Solimosu qəbul edərək, baş vermiş hadisəyə görə ictimaiyyət qarşısına çıxaraq üzr istəməyi tələb edib. /Modern.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.