Suriya hökumət qüvvələri İdlibin cənub-şərqindəki iki kəndi azad edib

25-01-2020, 07:01           
Suriya hökumət qüvvələri İdlibin cənub-şərqindəki iki kəndi azad edib
Suriya ordusu “Cebhat əl-Nusra" qruplaşması ilə şiddətli döyüşlərdən sonar İdlib əyalətinin cənub-şərqindəki Et-Tah və Es-Samaka kəndlərini azad edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Əl-Aləm” telekanalı məlumat yayıb.

Hökumət qüvvələrinin hazırda “Cebhat əl-Nusra" və müttəfiqlərinin yerləşdiyi Maaret-Naaman şəhəri istiqamətində irəlilədiyi bildirilib.

Qeyd edək ki, ötən gün terror qruplaşmanın hücumuna məruz qalmış Abu Dafne bölgəsində də gərginlik davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.