ABŞ-da atışma:ölənlər və yaralananlar var

26-01-2020, 17:41           
ABŞ-da atışma:ölənlər və yaralananlar var
ABŞ-da atışma olub.

Bu barədə ABC teleşirkəti Darlinqton şəhərinin müstəntiqinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisə Hartsvill şəhərində barda baş verib. Silahlı insident nəticəsində azı 2 nəfər həlak olub, daha 7 nəfər xəsarət alıb. Yaralıların vəziyyəti barədə məlumat verilmir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Atışmanın başvermə səbəbi hələ müəyyənləşdirilməyib. /Report












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.