Bakıda "Porsche" yol polisini belə təhqir etdi - VİDEO

27-04-2015, 12:05           
Bakıda "Porsche" yol polisini belə təhqir etdi - VİDEO
Bakıda bahalı maşınların yol polisini saymadan qayda pozduqlarının dəfələrlə şahidi olmuşuq. Əksər hallarda kasıb balası olan yol polisi serjantları varlı, pullu, vəzifəli və daydaylı "Porsche" sürücülərinə bata bilmir. Belə hallardan biri də bu gün səhər Bakının Səbail rayonunda qeydə alınıb.

Milli.Az xəbər verir ki, ağ rəngli "Porsche Panamera" markalı avtomobil yol polisini saymadan yolun əks istiqamətinə keçərək hərəkət edib. Hətta başqa avtomobillərin yoluna çıxdığı üçün qəza şəraiti də yaradıb. Yanındakı yol polisi avtomobili bu hadisəyə yalnız şahidlik edib.
Videoya aşağıdakı linkdən baxa bilərsiniz.
[media=http://daytube.az/view=vhiwc7r9]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.