İş yerlərinin bağlandığı ərəfədə NIKOIL | Bank iş yeri təklif edir - Diqqət!

5-01-2016, 19:41           
İş yerlərinin bağlandığı ərəfədə NIKOIL | Bank iş yeri təklif edir - Diqqət!
Pərakəndə kreditləşmə departamentinin direktoru
«NİKOYL» İKB

Təhsil Ali təhsil

İş təcrübəsi 3 ildən 6 ilədək müvafiq rəhbər vəzifəsində iş təcrübəsi
Tələblər:
• Ali təhsil
• İş təcrübəsi: 6 ildən az olmayaraq. Rəhbər vəzifəsində iş təcrübəsi: 3 ildən az olmayaraq.
• Tələb olunan bilik və bacarıqlar:
o Danışıqların aparılması qabiliyyəti;
o Kreativlik,
o İşgüzar aktivlik;
o Qərarların qəbul edilməsi və üzərinə məsuliyyətin götürülməsi bacarığı;
o Rus və azərbaycan dillərində səlis danışıq qabiliyyəti (digər xarici dilləri bilməsi üstünlükdür).
Vəzifələr:
o Bankın pərakəndə kreditləşmə istiqamətinin strateji və əməliyyat planlaşdırılması.
o Satış nöqtələsində pərakəndə kreditləşmənin planlaşdırılması və effektiv satışına nəzarət, satış planının icrası (verilmiş kreditlərin həcmi və sayı).
o Bankın pərakəndə şəbəkəsinin, satış kanallarının və pərakəndə kreditləşmə məhsullarının paket təkliflərinin inkişafı, pərakəndə kreditləşmə məhsullarına fərdi şərtlərin tətbiq edilməsi.
o Müştəri bazasının istifadəsi və kross satışların həyata keçirilməsi məqsədilə biznes növləri ilə qarşılıqlı əlaqələrin qurulması, məhsulların paketləşdirilməsi sisteminin və pərakəndə biznes məhsulları üzrə loyallıq sisteminin hazırlanması.
o Pərakəndə kreditləşmə məhsullarının həyata keçirilməsi üçün partnyorların axtarışı və partnyor əlaqələrinin qurulması, yeni satış kanallarının qurulması, pərakəndə kreditləşmə məhsulları üzrə fərdi şərtlərin təqdim olunması.
o Pərakəndə kreditləşmə məhsullarının hazırlanması, pilot tətbiqi, tirajlaşdırmada iştirakı, modifikasiyası, pərakəndə kreditləşmə məhsullarının təqdim edilməsi üzrə fərdi sxemlərin hazırlanması, məhsullarının verilməsinin dayandırılması.
o Kredit prosesinin təşkili metodologiyasının hazırlanması, nəzarət və Satış nöqtələrində kredit prosesinin təşkilinin müşahidəsi, Satış nöqtələrində qərarların qəbul edilməsi üzrə ümumi səlahiyyətin nəzarəti, kredit portfeli üzrə hesabatların tərtib olunması.
o Kreditləşmə risklərinin qiymətləndirilməsi, pərakəndə biznes üzrə potensial borcalanlara kreditin verilməsi barədə müqavilələrin hazırlanması.
o Bankın pərakəndə kreditləşməsinin effektiv təşkil olunması, pərakəndə kreditləşmə personalının rasional istifadəsi.
Xahiş olunur CV-nizi [email protected] elektron ünvanına başlıq yerində vakansiyanın adını qeyd edərək göndərəsiniz












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.