Məşhur biznesmen: "Rusiyanı dağıdacağıq"

6-01-2016, 23:22           
Məşhur biznesmen: "Rusiyanı dağıdacağıq"
Krım Rusiyanın dağılmasına gedən yolda əhəmiyyətli addım atacaq.

Axar.az xəbər verir ki, bu sözləri Krım tatarı, məşhur biznesmen Lenur İslyamov bildirib.

İslyamovanın sözlərinə görə, Ukrayna yarımadanın geri qaytarılması istiqamətində krım-tatar batalyonunu yaratmağı planlaşdırır.

"Biz Rusiyaya girib, "Matris" kimi onu dağıdacağıq, yarımada vasitəsilə bütün Rusiyanın azad olunması üçün çalışacağıq", - İslaymov qeyd edib.

Qeyd edək ki, bir müddət öncə məşhur biznesmen Lenur İslyamov Ukrayna ordusunun tərkibində Krım tatar batalyonunun yaradılacağını bəyan etmişdi. O, bu batalyona Türkiyə Müdafiə Nazirliyinin maliyyə dəstəyi verəcəyini bildirmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.