Yaponiyda koronavirusa qarşı hovuz maskaları ixtira edilib

6-06-2020, 18:51           
Yaponiyda koronavirusa qarşı hovuz maskaları ixtira edilib
Yaponiyada su hovuzlarında geyinmək üçün xüsusi maskalar ixtira edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə iyunun 6-da “Asaxi” qəzeti yazıb.

Bildirilib ki, hovuz maskalarına əhali arasında böyük tələbat olub. Yaponiyada koronavirusa görə bağlanan hovuzlar iyunun 1-dən açılmağa başlayıb.

Maska şəffaf materialdan hazırlanıb. Onun konstruksiyası suda üzməyə də imkan verir. İlkin mərhələdə bütün maskalar əldə hazırlanıb. On dəsti 29 min yen (260 ABŞ dolları) təşkil edib. Mayın ortalarında üzgüçülük klubları maskanı uyğun və səmərəli sayıblar. Həmin vaxtdan etibarən Yaponiya üzrə 700 təşkilatdan 16 min ədəd maska sifariş edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.