Otuz beş gün dənizdə olan balıqçılar koronavirusa YOLUXDU

16-07-2020, 08:35           
Otuz beş gün dənizdə olan balıqçılar koronavirusa YOLUXDU
Argentinada 34 gün dənizdə qalan balıqçılarda yeni növ koronavirus aşkarlanıb.

''Ölkə.Az'' xəbər verir ki, Argentinanın şimalında Tierra del Fuego əyalətinə bağlı Ushuaia şəhərində balıqçı gəmisində 35 gün dənizdə qalan balıqçılarda yoluxma halları aşkarlanıb. Maraqlısı ondadır ki, balıqçılar dənizə çıxmadan əvvəl paytaxt Buenos Airesdə COVİD-19 testindən keçmiş və heç birinin nəticəsi pozitiv çıxmamışdır. Gəminin heç bir limana daxil olmamasına baxmayaraq 64 balıqçı koronavirusa yoluxub. Vəziyyəti ağır olan 3 nəfər xəstəxanaya digərləri isə karantinə yerləşdiriliblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.