Rusiyada klinikada yanğın baş verib, 4 nəfər ölüb, 2 nəfər yaralanıb

17-09-2020, 06:37           
Rusiyada klinikada yanğın baş verib,
Rusiyanın Krasnoyarsk şəhərində “Mir” Prospekti, 115a ünvanında yerləşən özəl klinikada yanğın baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, yanğın zamanı 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yanğının yerli vaxtla 23.46-da baş verdiyi bildirilib.

Alov klinkanın 1-ci mərtəbədəki ofisdə başlayıb.

Dərhal 16 nəfər klinikadan çıxarılıb və 01.19-da yanğın söndürülüb.

İlkin ehtimala görə, hadisəyə səbəb ehtiyatsızlıq və ya elektrik avadanlıqlarının nasazlığı ola bilər.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.