Anomal istilər bütün Rusiyanı bürüdü - Vilfand

25-09-2020, 08:58           
Anomal istilər bütün Rusiyanı bürüdü - Vilfand
Rusiyanın demək olar ki, bütün ərazisində temperatur normadan yüksəkdir.

Axar.az xəbər verir ki, bunu Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand deyib.

"Ölkə daxilində yaxın beş gündə havanın temperaturu normadan yüksək olacaq. Şimalda da havanın temperaturu 8-10 dərəcə yüksəkdir. Rusiyanın Avropa hissəsində normadan 4-5, Moskvada 5.5, cənubda isə 3-4 dərəcə yüksəkdir", - Vilfand bildirib.

Onun sözlərinə görə, isti hava paytaxt bölgəsində oktyabr ayının ilk günlərinə qədər davam edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.