Ədliyyə Nazirliyi "icra qoçuları"nı hədəfə alır - “Baku Collekting Agency” şirkətinin fəaliyyətini araşdırır

7-04-2015, 21:27           
Ədliyyə Nazirliyi "icra qoçuları"nı hədəfə alır - “Baku Collekting Agency” şirkətinin fəaliyyətini araşdırır
14 martda Qafqaz Xəbər Agentliyində ( qafqaznews.org) “Baku Collekting Agency” şirkəti cinayət məsuliyyətinə cəlb olunmalıdır” başlıqlı məqalə dərc olunmuşdur.
Məqalə hüquqşünas Samir İsmayılovun qafqaznews.org saytına müraciəti əsasında hazırlanmışdı. S.İsmayılov bildirirdi ki: “ Mənim hələki adını çəkmək istəmədiyim müştərimə “Baku Collekting Agency”-nin Ramin adlı əməkdaşı zəng vuraraq bildirib ki, guya mənim müştərimin “UNIBANK”-a böyük miqdarda borcu var. Mənim müştərim isə bildirib ki, mənim həmin banka heç bir borcum yoxdur”.
Samir İsmayılovun bizə müraciətindən sonra biz “Baku Collekting Agency”nin əməkdaşı Raminlə əlaqə saxlayaraq hansı əsasla “UNIBANK”-a olan borcları tələb elədiyini soruşduq. O, bildirdi ki, biz Ədliyyə Nazirliyinin əmri ilə ölkədaxili borclarla məşğuluq. Ədliyyə nazirliyinin mətbuat xidmətindən Aydın Ağazadə isə bizə bildirdi ki: “ Bu Ədliyyə Nazirliyinə böhtandır. Biz “Baku Collekting Agency”-nə borclarala bağlı belə bir tapşırıq verməmişik”.
Baş verənləri “Peşəkar hüquqşünaslar” birliynin sədri Tağı Hüseynov belə şərh edib: “ “Baku Collekting Agency”-nin nümayəndəsinin “Ədliyyə Nazirliyinin əmri ilə ölkədaxili borclarla məşğuluq” deməsi vəzifəli şəxsin səlahiyyətini mənimsəməkdir ki, bu da cinayədir”.
Vəkil İlham Məmmədov isə bildirdi ki, Ədliyyə Nazirliyi “Baku Collekting Agency”-nin əməlləri ilə bağlı müvafiq orqanlara məlumat verməli, tədbir görülməsini tələb etməlidir.
Məqalə dərc olunandan sonra biz yenidən Aydın Ağazadə ilə əlaqə saxlayaraq soruşduq ki, Ədliyyə Nazirliyi qurumun adından öz məqsədləri üçün istifadə edən şirkətə qarşı hansı tədbirlər görür?
Aydın Ağazadə qafqaznews.org-a bildirdi ki: “ Mən Ədliyyə Nazirliyinin rəhbərliyinə çatdırdım ki, “Baku Collekting Agency” şirkəti öz çirkin məqsədləri üçün nazirliyin adından istifadə edir.Ədliyyə Nazirliyi “Baku Collekting Agency” şirkətinin fəaliyyətini mütləq araşdıracaq. ”.
Aydın Ağazadənin sözlərinə görə, “Baku Collekting Agency” şirkətinin fəaliyyəti ilə bağlı cənab nazir Fikrət Məmmədov da məlumatlıdır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.