Hüquq müdafiəçilərinin əfv üçün təqdim etdikləri məhbusların SİYAHISI

7-04-2015, 21:37           
Hüquq müdafiəçilərinin əfv üçün təqdim etdikləri məhbusların SİYAHISI
May ayında əfv sərəncamının imzalanacağı gözlənilir. Modern.az saytı İnsan Hüquqları üzrə Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlıdan əfvlə bağlı tanınmış məhbuslardan müraciət edib-etmədiklərini soruşub.

O deyib ki, məhbusların adları olan siyahını Əfv Komissiyasına təqdim ediblər: “Siyahıda 25 nəfərə yaxın məhbusun adı var. Kimlərin əfv olunması Əfv Komissiyasının və birbaşa prezidentin müstəsna səlahiyyətində olan məsələdir. Bəzən, Əfv Komissiyasına bizim xüsusi müraciətlərimiz də olur. Belə ki, 7-8 məhbusun həbs müddətini, səhhətini nəzərə alaraq əfv olunması üçün xahiş edirik.
Ümid edirik ki, növbəti əfv sərəncamına İşçi Qrupun da üzərində işləyib hazırladığı siyahıda olan insanların adları düşər. Siyahıya məhkəmədə hüquqları pozulan, cəmiyyətdə tanınan müəyyən kateqoriyadan olan insanların adları salınıb.

Haqlarında müzakirələr gedən insanların arasında keçmiş səhiyyə naziri Əli İnsanov, prezidentin sabiq işlər müdiri Akif Muradverdiyev, Müsavat başqanının müavini Tofiq Yaqublu, REAL hərəkatının sədri İlqar Məmmədov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, siyasətçi Nemət Pənahlı, jurnalist Pərviz Həşimli eləcə də, qeyri-hökumət təşkilatlarının rəhbərlərinin və bir çox tanınmışların adları var”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.