Qazaxın icra başçısıda yol üstündədir - İDDİA

10-03-2016, 13:20           
Qazaxın icra başçısıda  yol üstündədir - İDDİA
Daha bir icra başçısı 5 ilinin tamamında görəvdən alınır. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələr informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, yaxın günlərdə icra başçılarının növbəti ələmə prosesi gözlənilir.

Mənbənin dia.az-a söylədikləri: "Bu əsnada ilk "vurulacaq" icra başçılarından biri də Qazax RİH rəhbəri Ayaz Əsgərov olacaq. Artıq onunla bağlı məsələ də bitmək üzərədir". Qaynaq bildirir ki, Ayaz Əsgərovun başqa bir rayona təyin olunacağı nəzərdə tutulub.

DİA.AZ bildirir ki, Əsgərov Ayaz Nəriman oğlu 1964-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuşdur. Azərbaycanlıdır.
Ali təhsillidir. 1989-cu ildə Moskva ət və süd məhsullarının texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir. 1989-2006-cı illərdə müxtəlif vəzifələrdə çalışmışdır.
2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışmışdır.6 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qazax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı vardır












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.