Kamran Həsənliyə cinayət işi açıldı - Rəsmi

10-03-2016, 16:56           
Kamran Həsənliyə cinayət işi açıldı - Rəsmi
Şoumen Kamran Həsənliyə dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Bu barədə hüquqşünas Ruslan Əhmədoğlu Axşam.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, K.Həsənli müğənni Samir Piriyevin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur.

Faktla bağlı Nərimanov Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaqın davam etdirilməsi Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.

Kamran Həsənli isə Axar.az-a açıqlamasında bu xəbərin yalan olduğunu deyib:

“Yalandır. Mənə qarşı heç bir cinayət işi açılmayıb. Bunu indi sizdən eşitdim”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə APA-ya bildirib ki, K.Həsənli barəsində daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğu tərəfindən fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq Rayon Polis İdarəsinin istintaq şöbəsində davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.