Şirin Cəfərinin Vəkili son çıxışını etdi

10-03-2016, 20:57           
Şirin Cəfərinin Vəkili son çıxışını etdi
əqsirləndirilən şəxsin müdafiəçisi (fərdi qaydada fəaliyyət göstərən vəkil) Niftəliyev Zaur Gülaməddin oğlunun son üdafiə çıxışı
Mötərəm Hakim!
Hüquqların müdafiə etdiyim Cəfəri Şirin Abbasqulu oğluna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq idarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və həmin ittihamla iş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmiş, hazırda iş üzrə məhkəmə istintaqı da yekunlaşmışdır.
Aşağıdakılara əsasən Cəfəri Şirin Abbasqulu oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 306.2-ci maddə ilə cinayət tərkibi olmadığından, həmçinin onun cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyinə görə Cəfəri Şirin Abbasqulu oğlunun barəsində təqsirsizliyin təsdiq edən bəraət hökmü çıxarılmalıdır.
İttihama əsasən Cəfəri Şirin Abbasqulu oğlu təqsirləndirilir ondan ötrü ki, o, «Gündəm xəbər» qəzetinin təsisçisi kimi vəzifəli şəxs olaraq mülki iddianın təmin edilməsinə görə 70938.16 (yetmiş min otuz səkkiz) manat 16 (on altı) qəpik məbləğində pulu «Gündəm xəbər» qəzetinin vəsaiti hesabına və aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pulu dövlət büdcəsinə ödənilməsinə dair Gəncə şəhəri, Kəpəz rayon məhkəməsinin 20 may 2013- cü il tarixli, 1(043)-34/2013 saylı hökmünün icrası ilə əlaqədar Bakı şəhəri, Yasamal rayon İcra Şöbəsi tərəfindən hökmü könüllü icra etmədiyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsinə əsasən inzibati və tələbi yenidən icra etmədikdə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyəti yaranacağı haqqında 25 iyun 2014-cü il tarixdə ona veriimiş bildirişə etinasız yanaşaraq icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 05 fevral 2015-ci il tarixli, 3(004)-103/2015 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 313-1,1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq olunmasına və ona 16 fevral 2015-ci il tarixdə təkrarən cinayət məsuliyyəti barədə rəsmi xəbərdalıq edilməsinə baxmayaraq qeyd edilən hökmü qərəzli olaraq icra etməmişdir.

Şirin Cəfərinin Vəkili son çıxışını etdi

Bununla da, Cəfəri Şirin Abbasqulu oğlu öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
Birinci növbədə qeyd etmək lazımdır ki, iş üzrə toplanilmiş cinayət işinin bir vərəqində belə Cəfəri Şirin Abbasqulu oğlunun hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyi sübuta yetirilməmişdir.
1. Birincisi ondan başlayaaq ki, Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsinə görə qanuni quvvəyə minmiş məhkəmə qətnaməsini, hokmunu, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına manecilik torətmə cinayət məsuliyyəti yaradır.
Yəni Cəfəri Şirin Abbasqulu oğluna həmin maddə ilə ittiham irəli sürülməsi üçün onun barəsindəki hökmün qərəzli olaraq icra etməməsi və ya həmin məhkəmə aktının icrasına manecilik torətməsi sübüta yetirilməli idi. Lakin ibtidai istintaq orqanının sübütla bağlı qənaəti yalnız onunla ifadə olunur ki, Cəfəri Şirin Abbasqulu oğlunun barəsindəki hökm icra edilməmişdir. Halbuki, yalnız icra etməmə həmin cinayətin tərkibinin yaranması üçün kifayət etmir. Həmin cinayətin tərkibinin bütün əlamətlərinin formalaşması üçün hökmün C.Şirin tərəfindən qərəzli olaraq icra etməməsinin və ya həmin məhkəmə aktının icrasına manecilik torətməsinin sübuta yetirilməsi şərtdir.
İttihamın sübutu yuxarıda qeyd olunduğu kimi yalnız onunla kifayətlənir ki, icra edilməli olan məhkəmə aktı qanunla müəyyən olunmuş müddət ərzində icra edilməmişdir. Halbuki, Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsinin tərkibinin yaranması üçün məhkəmə aktının qərəzli olaraq, yəni üzrsüz səbəbdən icra edilməməsi şərtdir.
İş materialları ilə əksinə müəyyən olunur ki, icra vərəqəsinin icrası ilə bağlı borclu Ş.Cəfərinin əmlakının müəyyən olunması ilə bağlı tədbirlər görülmüş və hər hansı daşınmaz əmlakı müəyyən edilməmişdir. Bundan başqa, icra məmuru tərəfindən icra sənədinin borclunun gəlirlərinə, əmək haqqısına yönəldilməsi ilə də bağlı hər hansı tədbir görülməmişdir. Bu azmış kimi Ş.Cəfəri tərəfindən icra məmurlarına 3-cü şəxslərdə olan pul vəsaiti barədə məlumat verilmiş, lakin yenə də icra məmuru tərəfindən hər hansı tədbir görülməmişdir. Odur ki, istintaq orqanı məhkəmə aktının icrasız qalmasının səbəbini Ş.Cəfərinin əməlində deyil, icra orqanın hərəkətsizliyində axtarılmalı idi.
Bir halı da hörmətli məhkəmənin diqqətinə çatdırmağı vacib bilirik ki, hüquqların müdafiə etdiyim Cəfəri Şirin Abbasqulu oğlu tərəfindən 2016-cı ilin yanvar ayının 25, 26, 27 tarixlərində Kapital Bank vasitəsi ilə ödənişlər edilmişdir.
2. Bundan başqa, ittihama görə araşdırma zamanı müəyyən olunmuşdur ki, Cəfəri Şirin Abbasqulu oğlu Gəncə şəhəri, Kəpəz rayon məhkəməsinin 20 may 2013-cü il tarixli, 1(043)-34/2013 - saylı hökmündən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti vermiş, qeyd olunan məhkəmə baxışı zamanı Cəfəri Şirin Abbasqulu oğlu borclu olduğu 71478.16 (yetmiş bir min dörd yüz yetmiş səkkiz) manat 16 (on altı) qəpikdən 540 (beş yüz qırx) manat məbləğində pulu ödədiyindən Gəncə şəhəri, Kəpəz rayon məhkəməsinin 20 may 2013-cü il tarixli, 1(043)-34/2013 saylı hökmündə qeyd olunan mülki iddianın həcmi dəyişdirilərək 70938.16 (yetmiş min doqquz yüz otuz səkkiz) manat 16 (on altı) qəpik müəyyən edilməsi və hökmün qalan hissəsinin dəyişdirilmədən saxlanılması barədə 28 fevral 2014-cü il tarixli, 1(104)-04/2014 saylı qərar qəbul edilmişdir.
Belə olan halda hesab edirik ki, Yasamal rayo İcra şöbəsi icraatındakı Gəncə şəhəri, Kəpəz rayon məhkəməsinin 20 may 2013- cü il tarixli, 1(043)-34/2013 saylı icra sənədini geri qaytarmalı, ibtidai istintaq orqanı isə cinayət işinin başlanmasını rədd etməli idi. Belə ki, sözügüdən icra sənədinin verilməsinə əsas olmuş Gəncə şəhəri, Kəpəz rayon məhkəməsinin 20 may 2013-cü il tarixli, 1(043)-34/2013 - saylı hökmü Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2014-cü il tarixli, 1(104)-04/2014 saylı qərarı ilə dəyişdirilmişdir.
Bütün qeyd olunanlardan başqa, müdafiə tərəfi eləcə də hesab edir ki, baş vermiş hadisədə cinayət hadisəsinin olmaması ilə yanaşı, təqsirləndirilən şəxs Cəfəri
Şirin Abbasqulu oğlunun təqsirliliyi tam sübuta yetirilmir, onun təqsirliliyinə kifayət qədər şübhələr vardır.
Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.
Hesab edirik ki, iş üzrə toplanılmış sübutların məcmusu Ş.Cəfərinin təqsirlililyini tam sübut etmir (onun təqsirliliyi ilə bağlı yekun nəticəyə gəlməyə imkan vermir), həmçinin onun təqsirliliyinə kifayət qədər şübhələr vardır.
Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.
Beləliklə, müdafiə tərəfi belə qənatə gəlir ki, təqsirləndirilən şəxs Cəfəri Şirin Abbasqulu oğlunun təqsirlililyi sübut edilmədiyindən ona bəraət verilməlidir.
Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.
Həmin Məcəllənin 42.2.4-cü maddəsinə görə bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır.
Eləcə də məhkəmənin diqqətinə çatdırıram ki, hüquqların müdafiə etdiyim Cəfəri Şirin Abbasqulu oğlu yaşayış yerində, işlədiyi jurnalist kollektivdə müsbət xarakterizə olunur, ailəlidir, azyaşlı uşaqları vardır.
Qeyd ediləndələri nəzərə alaraq xahiş edirəm təqsirləndirilən şəxs Cəfəri Şirin Abbasqulu oğlunun barəsində təqsirsizliyin təsdiq edən bəraət hökmü çıxarasınız.
Müdafiəçi
Z.G.Niftəliyev
Yasamal Rayon Məhkəməsinin hakimi
cənab Hüseyn Səfərova
10.03.2016












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.