Biznes ortağını tutduran prokurorun adı bəlli oldu

11-03-2016, 00:37           
Biznes ortağını tutduran prokurorun adı bəlli oldu
Bir müddət əvvəl vəkil Adəm Məmmədov Bakı şəhəri rayonlarından birinin prokurorunun biznes ortağını tutdurmasından yazmışdı.

Bu gün vəkil məsələyə bir qədər də aydınlıq gətirib və həmin şəxsin Sabunçu rayon prokuroru Ceyhun Şirinov olduğunu bildirib: "Əvvəllki yazılarımda Bakı şəhər rayon prokurorlarından birinin öz şərikini həbs etdirməsi ilə bağlı yazmışdım. Həmin işlə bağlı məlum olur ki, həmin biznesmen rayon prokuroru bütün dövlətlərin sanksyalar qoyduğu İrandan Əfqanıstana küllü miqdarda neft alqı-satqısı ilə məşğul olmuş, Türkiyədə bu işləri görən şirkəti də aldatmış, nəticədə Türk iş adamına da cərimələr gəlmişdir. Həmin Türk iş adamı da rayon prokurorunu məhkəməyə verməyə hazırlaşır və bunun üçün vəkil də tutub. Daha sonra rayon prokuroru öz şəriklərini həbs etməklə hədələyib pul əldə etmək niyyətindədir. İş o yerə çatıb ki, rayon prokuroru biznes ortaqlarına sifariş də göndərib ki, 300 000 əvəzinə 20-30 min də kimdə varsa gətirib versin ki, həbs edilməsinlər. Rayon prokurorunun özünün, övladının adından olan və biznes əlaqələrini sübut edən müqavilələr, hesablaşmalar, e-mail və telefon danışıqları mövcuddur. Həmçinin vətəndaşların şikayəti ilə Baş Prokurorluqda araşdırmanı dayandıran və prokuroru dəstəkləyərək onun biznes ortaqlarını həbs edirməsinə xeyir-dua verən Prezident Administrasiyasının rəsmisin adı da məlumdur. Şərikli biznes (neft alq-satqısı) baş tutmadığından müvəkkilim prokurora verdiyi külli miqdarda pulu tələb etdikdə Qəhramanov Ələddin sifarişli həbsə məruz qalmışdır. Tezliklə bu barədə geniş açıqlama verilərək həmin prokurorun kimliyi məlum olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.