“Müsəlman qardaşları”nın lideri öldü – 96 yaşı vardı

27-09-2022, 09:45           
“Müsəlman qardaşları”nın lideri öldü –
“Müsəlman qardaşları” hərəkatının ruhani lideri Şeyx Yusif əl-Qərdavi 96 yaşında vəfat edib.

Mətbuatda onun bir neçə ay əvvəl koronavirusa yoluxduğu barədə xəbərlər dərc edilmişdi.

Yusif əl-Qərdavi dünyanın ən nüfuzlu müsəlmanlarından biri hesab edilirdi.

Qeyd edək ki, Yusif əl-Qərdavi 1926-cı il sentyabrın 9-da Misirin Saft əl-Turab kəndində anadan olub.

O, 1949-1953-cü illərdə Misirin məşhur Əl-Əzhər universitetində oxuyub. Siyasi baxışlarına görə üç dəfə həbs həyatı yaşayıb. Daha çox “Əl-Cəzirə” kanalında apardığı şəriət verilişinə görə dünya şöhrəti qazanmışdı.

Qərdavi 100-dən artıq kitab və məqalənin müəllifidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.