Yaponiyada vulkan püskürməsi baş verib 3-12-2022, 10:50 Yaponiyanın cənub-qərbindəki Kyuşu adasında Sakuradzima vulkanı püskürüb.Bu barədə Milli Meteorologiya İdarəsi məlumat verib.Qeyd olunub ki, kraterdən çıxan tüstü təxminən 3200 m hündürlüyə qalxıb, püskürmə nəticəsində yaranan kül isə 1 km radiusa səpələnib.Sakuradzimaya bitişik kəndlərdə hələki evakuasiya elan edilməyib.Vulkan ərazisində beş ballıq şkala üzrə üçüncü dərəcəli təhlükə səviyyəsi mövcuddur.Mənbə: TASS Facebook-da paylaş