Məhkəmə hakiminə etiraz edən vəkildən ilginc iddialarla dolu müraciət – “Onun daha peşəkar, təcrübəli, yüksək savadlı, ədalətli digər hakimlə əvəz edilməsini xahiş edirik”

9-04-2015, 19:19           
Məhkəmə hakiminə etiraz edən vəkildən ilginc iddialarla dolu müraciət – “Onun daha peşəkar, təcrübəli, yüksək savadlı, ədalətli digər hakimlə əvəz edilməsini xahiş edirik”
Redaksiyamıza şikayət məktubu daxil olub. Belə ki, Muxtarov Coşqun Fərmayıl oğlunun nümayəndsi Məmməd Həmidov tərəfindən DİA.AZ-a daxil olan məlumatda deyilir:

“Cavabdeh “ Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nə qarşı avtoqəza zamanı işdə iddiaçının kəsilmiş ayağının müalicə olunması, protezləşdirilməsi və vaxtlı-vaxtında dəyişdirilməsilə sağlamlıqla bağlı fəaliyyət qabiliyyətinin tam bərpa olunmağını, avtomobilinə dəymiş ziyanın tam ödənilməsi, oğlunun həddi-bulluğa çatanadək yaşayış minimumu ilə təmin olunmasını , iddiaçının işlədiyi zamanandan indiyədək əldən çıxmış faydanın ailəsinə verilməsi vəzifəsinin həvalə olunması” barədə tərəfimizdən verilmiş iddia ərizəsi hazırda hakim Kəmalə Əmirxanovanın icraatındadır.

Məhkəmə baxışının ilkin 3 prosesinə cavabdeh tərəf naməlum səbəblərdən qatılmadığına görə, 4-cü prosesdə iştirak edən nümayəndəsinin iş materialları ilə tanış olmaq xahişi nəzərə alınaraq təxirə salınmışdır. 5-ci məhkəmə prosesi aprelin 8-də başlamışdır. Verdiyimiz 3 yazılı və 2 şifahi vəsatətlərin heç biri hakim tərəfindən əsassız olaraq təmin edilməmişdir. 8 səhifəlik iddia ərizəsindəki məsələlər və ona əlavə edilmiş 50 səhifəlik iş materialları araşdırma aparmayan hörmətli hakim dərhal müşavirə otağına getmək istəmiş və məhkəmə çəkişməsini yekunlaşdırmaq niyyətində olduğunu bəyan etmişdir. Biz dərhal hakimə etirazımızı bildirərək onun belə bir böyük həcmli işin cəmi bir məhkəmə çəkişməsində 1 saatlıq vaxt ərzində dərhal yekunlaşdırmaq istəməsini Azərbaycan Qanunvericiliyinə qarşı kobud hörmətsizlik kimi qiymətləndiririk: Hakim proses zamanı açıq-aşkar tərəfimizdən təqdim edilən yazılı çıxışlara məhəl qoymamış, özü iş materialları ilə tam tanış olmamış və qarşı tərəfin vəkili rolunda çıxış edərək iş materiallarında iddiaçının adından yazılmış və 2008-ci il tarixində Siyəzən rayon məhkəməsinə cavabdeh tərəfindən təqdim edilmiş mülki “iddiadan imtina barədə” ərizəni əsas arqument kimi qiymətləndirməyə çalışmışdır. Verdiyimiz arayışda vəsatələ çıxış etmişdik ki, 22.08.2008-ci il tarixində 5 saylı dövlət notariat kontorunda təsdiq edilən bu sənədlə bağlı iddiaçı tərəf notarius sədrinin hüzurunda ayağı kəsilmiş vəziyyətdə müalicə aldığı üçün praktiki olaraq iştirak etməmiş, reyester kitabına soyadını və imzasını etməmişdir. Onun əvəzinə cavadeh tərəfin Pərviz adlı hüquqşünası ilə notarius sədri sövdələşmə edərək( cinayət əlaqəsinə girərək) iddiaçının adından yazılmış sənədi rəsmiləşdirmişlər. Lakin sonradan iddiaçı tərəfindən “Maddi və mənəvi ziyanın ödənilməsilə” bağlı Nərimanov rayon məhkəməsində hakim Məzahir Sadıxovun icraatında olmuş iş üzrə 26 aprel 2012-ci il tarixli qətnaməsinin 4-cü səhifəsinin 3-cü abzastında bu sənədlə bağlı hakim konkret qiymət verərək sənədi ( cavabdeh tərəf götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə) etibarsız hesab etmişdir. Çox təəssüflər olsun ki, hakim bu sənədə verilən qiyməti qəsdən nəzərə almamış və hətta məhkəmə zalında elan etmişdir ki, avans olaraq bu sənədin əldə edilməsi üçün iddiaçıya verilən 4500 AZN nağd pula o qane olmuş və iddiadan imtina etmişdir. Hakim bu sənədə istinad edərək hazırda baxılan iddianın təmin edilməməsi barədə əsassız qətnamə qəbul etmək istəmişdir və gələcəkdə də cavbdeh tərəfindən aldığı sifarişi yerinə yetirmək üçün maddi və prosesual hüquq normalarını pozaraq Azərbaycan Respublikasının adından belə bir əsassız qətnamənin qəbul edilməsinə çalışacaqdır. Yəni, hakimin bir prosesdəcə tələskənliklə cavdehin xeyrinə qətnamə çıxarmağa çalışması İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının6-cı maddəsində qeyd edildiyi kimi “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququqna malikdir...”

Yəni, biz qeyd edildiyi kimi, biz müstəqil və qərəssiz məhkəmə vasitəsilə ağlabat müddətdə işin ədalətli araşdırılması hüququndan istifadə etmək istəyirik. Lakin çox təəssüflər olsun ki, hakim bizə bu imkanı vermək istəməmişdir. Baxmayaraq ki, “Maddi və mənəvi ziyan tələbilə” bağlı əvvəl bu iş üzrə baxılmış qətnamədn 2013-cü ildə Avropa Məhkəməsinə verilən şikayət qeydiyyata götürülmüşdür. Lakin hakim bu işi cavabdeh tərəfin nümayəndəsinin təklifilə hazırda verdiyimiz “Sağlamlığın bərpası “ barədə işlə eyniləşdirərək iddianı təmin etmək istəmir. Hakimin bu hərəkətləri bir daha onu sübut edir ki, o, şəxsən və ya dolayı yolla işin nəticəsilə maraqlıdır. Təqdim edilmiş sübutlara məhəl qoymaması, verilən yazılı və şifahi vəsatətləri bilərəkdən təmin etməməsi, İddia ilə bağlı Mülki Məcəllənin 60-cı fəslinə uyğun olaraq “Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin ödənilməsi” 1118-ci və 1119-cu maddələrinin uyğun bəndlərini nəzərə alması xahişi məhkəmə çəkişməsinə çevrilməmiş və nəzərə alınmamışdır. Digər tərəfdən cavabdeh tərəfin baş direktorunun 27.11.2014-cü il tarixli “İmpuls” qəzetinə verdiyi müsahibəsində qeyd etmişdir ki, şirkət 9000 manat xərc çəkmişdir. Lakin iş materiallarınadn aydın görünür ki, iddiaçıya cəmi 4500 man pul ödənilib. Qalan pulu isə guya həkimlərə veriblər.(rüşvət kimi) Lakin Siyəzən rayon məhkəməsinin 09.10.2008-ci il tarixli, hökmünündə qeyd edilir ki, rayon mərkəzi xəstəxanası dövlətin olduğu üçün xəstəyə pulsuz yardımlar göstərilmişdir. Belə olan halda hakim cavabdehin nümayəndəsindən bu suala aydınlıq gətirməsini istəmiş lakin o bu suala cavab verə bilməyəcəyini demişdir. Biz o zaman KİV-ə bu barədə müsahibə verən baş direktordan bu suala cavab alınmasını xahiş etsək də nəzərə alınmamışdır. Beləliklə, hakim cavabdeh tərəflə həkim arasında olan 5000 manat miqdarında dəyərləndirilən pul sövdələşməsinin (verilən rüşvətin) detallarının açılmasını bilərəkdən istəməmişdir. Baxmayaraq ki, cavabdehlə iddiaçı tərəflər arasında ölkə mediasında qarşılıqlı ittihalmar geniş ictimaiyyət tərəfindən diqqətlə izlənilməkdədir. Və hazırda da Nərimanov rayon məhkəməsində baş verən qanunazidd hərəkətlərin( Azərbaycan vətəndaşının Nərimanov rayon məhkəməsində başına gətirilən rüsvayçı olaylar- ayağı kəsilmiş şəxsə hakim Məzahir sadıqov tərəfindən 1000AZN mənəvi təzminatın ödənilməsi barədə ədalətsiz qətnaməsi) icimaiyyətə, direktiv orqanlara və səfirlik nümayəndələrinə Press-Reliz formasında çatdırılması nəzərdə tutulur. Son olaraq bildirmək istərdim ki, iddiaçının amputasiya olunmuş ayaqında sümük çürüməsi vaxtında müalicə olunmasa sümük xərçənginə çevrilmə ehtimalı yaranmış, döş qəfəsindən aldığı zərbə nəticəsində isə şişlər meydana çıxmış, ağrıları kəskinləşmişdir.Bir sözlə cavabdeh xəstənin sağlamlıq vəziyyəti kritik olmasına baxmayaraq verdiyimiz vəsatətlə onun məhkəmə-tibbi ekspertizadan keçirilərək sağlamlığıma qiymət verilməsi xahişlə verilən vəsatətimiz əsassız olaraq təmin edilməmiş və hakim bu addımını vaxt itçisi kimi dəyərləndirmişdir. Belə olan halda bəyan edirik ki, xəstə bu qısa müddətdə vəfat etsə bütün məsuliyyət ədalətsiz hakimin üzərinə düşəcəkdir.

Bütün yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 19.2.3-cu maddəsinə uyğun olaraq hakim Kəmalə Əmirxanlıya öz etirazımızı bildiririk və onun daha peşəkar, təcrübəli, yüksək savadlı, ədalətli digər hakimlə əvəz edilməsini xahiş edirik. Qeyd: Bu sənəd poçt vasitəsilə də göndərilmişdir”.

Qarşı tərəfi də dinləməyə hazırıq...













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.