Mərkəzi Bankın binası köçürüləcək - QƏRAR

13-04-2015, 10:59           
Mərkəzi Bankın binası köçürüləcək - QƏRAR
Mərkəzi Bankın binasının köçürülməsi ilə bağlı qərar qəbul edilib.

Bu barədə AzVision.az-a Mərkəzi Bankdakı mənbədən məlumat daxil olub.
Bildirilib ki, bankın binasının Avropa Olimpiya oyunlarından sonra köçürülməsi nəzərdə tutulur.

Yeni ofis Heydər Əliyev prospektində yerləşəcək. Köçürülmənin nə zaman reallaşacağı isə hələki dəqiq bilinmir.

Bankın mətbuat xidmətindən məlumatı AzVision.az-a təsdiqləyiblər. Bildirilib ki, baş ofisin köçürüləcəyi xəbəri doğrudur: “Bank üçün yeni inzibati bina Bakının Heydər Əliyev prospektində tikiləcək və Dövlət Neft Fondunun yeni binası ilə yaxın yerləşəcək”.

Qeyd edək ki, bundan öncə də Mərkəzi Bankın binasının sökülməsi məsələsi gündəmə gəlmişdi. Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Baş ofisin yerləşdiyi indiki binanın sökülməyəcəyini açıqlamışdı.

Onun sözlərinə görə, bankın indiki binası ölkənin müvafiq qrumlarının istifadəsinə veriləcək. O, həmçinin bildirmişdi ki, yeni binada müasir avtomatlaşdırılmış pul-xəzinəsi qurulacaq, ölkədə çıxarılan qızılı saxlamaq üçün qızıl xəzinəsi yaradılacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.