Salyan Regional Qaz İdarəsinin rəisi niyə işdən çəxarılıb? - “Azəriqaz”dan AÇIQLAMA

6-08-2015, 21:29           
Salyan Regional Qaz İdarəsinin rəisi niyə işdən çəxarılıb? - “Azəriqaz”dan AÇIQLAMA
Əgər Salyan Regional Qaz İdarəsinin rəisi Xəyyam Rzayevin işdən çıxarılması haqqında sənəd olsaydı, bu haqda məlumatlı olardım”. Bu sözləri Modern.az-a açıqlamasında “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib. Hazırda Lerikin Ambudərə kəndində ezamiyyətdə olduğunu deyən İ.Kərbalıyev bildirib ki, bu haqda dəqiq məlumatı sabaha əldə edə bilər.

“İşdə olmadığım üçün bu suala konkret olaraq “hə” və ya “yox” deyə bilməyəcəm. Amma belə bir şey varsa, bu haqda məlumatlı olardım. Xəbərim yoxdusa, demək elə bir şey yoxdur. Amma tam dəqiq cavabı sabah verə bilərəm”.

Qeyd edək ki, Salyan Regional Qaz İdarəsinin rəisi Xəyyam Rzayevi rüşvətə görə işdən çıxarılması haqqında musavat.com informasiya yayıb. Qeyd edilir ki, 3 gün əvvəl X.Rzayev kabinetində nazirlərdən birinin yaxın qohumundan texniki şərt vermək üçün 3 min 800 manat rüşvət alarkən videoya çəkilib. Çəkiliş sonradan “Azəriqaz” İstehsalat Birliyinin rəisi Əkbər Hacıyevə göndərilib. Bundan sonra X.Rzayevin tutduğu vəzifədən azad olunması məsələsi aktuallaşıb. “Azəriqaz”a çağırılan X.Rzayevin işdən qovulması sənədləşdirilib. Yaxın günlərdə Dövlət Neft Şirkətinin Daxili audit şöbəsinin Salyan Regional Qaz İdarəsini yoxlayacağı haqda da məlumat var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.