“Bank Technique”dən ipoteka krediti götürənlər ödənişi başqa banklara edəcəklər - Rəsmi

12-08-2015, 11:38           
“Bank Technique”dən ipoteka krediti götürənlər ödənişi başqa banklara edəcəklər - Rəsmi
“Bank Technique”ASC-dən ipoteka krediti götürənlər ödənişi başqa banklara edəcəklər.

Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondundan (AİF) “APA-Economics”ə verilən məlumata görə, artıq bununla bağlı kreditorlar məlumatlandırılır.

“Bank Technique”ni əvəz edəcək müvəkkil banklar kimi “Dəmirbank” və “Nikoilbank” seçilib. Fonddan bildirilir ki, Azərbaycanda əksər banklar ipoteka ödənişləri ilə bağlı elektron hökumət portalına (APUS sistemi) qoşulub. Amma “Bank Technique” indiyə qədər bu addımı atmayıb.

“Biz“Bank Technique”yə sistemə qoşulmaq üçün vaxt verdik. Amma hələ də bu texniki məsələ öz həllini tapmayıb. Buna görə də, müştərilərin ödənişləri daha rahat həyata keçirməsini təmin etmək üçün müştərilərin bir qisminin “Dəmirbank”ın, digər qisminin “Nikoilbank”ın APUS sistemi ilə ipoteka ödənişlərinin qəbul edilməsinə qərar verilib”, -deyə fonddan vurğulanıb.

Qeyd edək ki, müştərilərin yönəldiləcəyi bank barəsində onlara məlumat veriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.