Bakıda müəllimin güllələnməsində qadın məsələsi - TƏFƏRRÜAT

17-04-2015, 12:53           
Bakıda müəllimin güllələnməsində qadın məsələsi - TƏFƏRRÜAT
Bakıda qonşusunu güllələyən şəxs saxlanılıb.

Xəzər Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, keçirilən əməliyyat zamanı 1985-ci il təvəllüdlü Xıdırov Elnur Gülü oğlu tutulub.

Hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Həmin qəsəbədə məcburi köçkünlərin məskunlaşdığı binada yaşayan Hüseynov Bəxtiyar Yaşar oğlu odlu silahla hər iki ayağından güllələnib. Yaralı yaxınları tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan B.Hüseynov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən E.Xıdırov ifadəsi zamanı B.Hüseynovu onun həyat yoldaşı haqqında təhqiramiz ifadələr işlətdiyinə görə güllələdiyini bildirib. Belə ki, saxlanılan E.Xıdırovun həyat yoldaşı B.Hüseynovun ilk arvadı olub. Onlar ayrılandan sonra E.Xıdırov B.Hüseynovun keçmiş həyat yoldaşı ilə ailə qurub. B.Hüseynov qonşuları arasında keçmiş həyat yoldaşı, yəni E.Xıdırovun indiki arvadı barədə xoşagəlməyən ifadələr işlədib. Bu isə sonda onun güllələnməsi ilə nəticələnib.

Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq davam edir.

Qeyd edək ki, hadisə zamanı güllələnən B.Hüseynov orta məktəb müəllimidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.