Həccdən dönən tanınmış hüquqşünasdan QMİ - yə şok ittiham..

4-10-2015, 00:26           
Həccdən dönən tanınmış hüquqşünasdan QMİ - yə şok ittiham..
Moderator.az xəbər verir ki, tanınmış hüquqşünas, Həcc ziyarətində olan Qurban Məmmədov Ciddə aeroportunda gördüklərindən dəhşətə gəlib və ümumiyyətlə, Qafqaz Müsəlmanları İdarəsi nümayəndələrinin yarıtmazlığının fəsadlarından bəhs edib:

"Burada Qafqaz Müsəlmanları İdarəsinin 10.000 AZN əmək haqqı alan nümayəndələri öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. Növbəlilik yoxdur, şəkərli xəstələr, təzyiqi olan qadınlar saat 14:00-dan 50 dərəcə istidə zülm çəkə-çəkə hava limanında gözlədiyi halda, 14 sentyabrda gələnlər yola salınır. Zəvvarlarla maraqlanan yox, su-yemək təklif edən yox.

Burada ən tərbiyəsiz münasibət azərbaycanlılaradır. Başqa ölkələrin zəvvarları hava limanına gələndən qısa müddət sonra yola salınır. Bizimkilər isə Məkkədə hotelə əlavə pul ödəməsinlər deyə, camaatı gətirib 50 dərəcə istidə töküblər hava limanına.

Burda da yerlibazlıq, dostbazlıq. İnsanlara sadəcə heyvani münasibət var.

Hətta bir qadının: "Bilsəydim belədir həcc ziyarətinə gəlməzdim" - deməsi ürəyimi ağrıtdı.

Təyyarə olmaya bilər, ancaq zəvvarlara xidmət göstərmək, ən azından su ilə təmin etmək vətəndaşlardan 5000 dollar alan Qafqaz Müsəlmanları İdarəsinin vəzifəsidir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.