Nazarov: “90 dəqiqə meydanda olduğum oyunu xatırlamıram”

18-10-2018, 16:52           
Nazarov: “90 dəqiqə meydanda olduğum oyunu xatırlamıram”
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniya mətbuatına açıqlama verib.

Sportlife.az xəbər verir ki, ikinci Bundesliqa təmsilçisi “Ersgebirge”də forma geyinən 28 yaşlı futbolçu milli komandanın heyətində UEFA Millətlər Liqasında keçirdiyi oyunlara toxunub, indiki durumundan söz açıb:

“Mənə millinin heyətində yaşıl meydana qayıtmaq, özümü əsas heyət oyunçusu kimi hiss etmək çox xoş oldu. Farer adalarında start heyətdə meydana çıxdım. İstəyirəm ki, yığmayla bağlı emosional yüksəliş növbəti matçlara - Almaniya çempionatına da keçsin”.

O, şərəfini qoruduğu Aue klubunda oyun təcrübəsinin azlığından əziyyət çəkdiyinə görə narazılığını bir daha ifadə edib. Belə ki, çempionatda artıq xeyli oyun keçirilsə də, Nazarov hələ də bir qarşılaşmada 90 dəqiqə oynamayıb. Hərçənd, futbolçumuz son 2 matçda 2 qol vurub, sonuncuda isə qələbə topunun müəllifi olub:

“Klubumda qazandığım oyun vaxtından narazıyam və bunu hamı bilir. Artıq xatırlamıram ki, sonuncu dəfə nə vaxt 90 dəqiqənin hamısında meydanda olmuşam. Bunun cari mövsümdə olmadığı dəqiqdi”.

Almaniya mətbuatının yazdığına görə, “Ersgebirge”nin baş məşqçisi Daniel Mayer onu hücumda yox, "10 nömrə" mövqeyində görür. Almaniyalı mütəxəssis hesab edir ki, Dmtiridə heç kimdə olmadığı keyfiyyət var və onu təzyiq altında necə istifadə etməyi bilir. Dimanın özünə isə meydandakı mövqeyin fərqi yoxdu: “Təki oynayım, hər yerdə oynaya bilərəm. Əsas odu ki, mənə meydanda olmağa daha çox vaxt versinlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.