"Qalatasaray"dan xal itkisi

20-10-2018, 07:13           
"Qalatasaray"dan xal itkisi
Türkiyə Super Liqasında 9-cu turun açılış matçı keçirlib.

Teleqraf.com xəbər verir ki, çempionatın lideri "Qalatasaray" öz meydanında "Bursaspor"u qəbul edib.

İlk hissəsi qolsuz bərabərliklə bitən oyunun 62-ci dəqiqəsində qonaqlar Aytaç Karanın qolu ilə hesabı açıblar. 77-ci dəqiqədə Eren Derdiyokun qolu ilə hesabı bərabərləşdirən "sarı-qırmızılılar" çox çalışsalar da qələbə qolunu vura bilməyiblər. 16 oyun sonra ilk dəfə öz meydanında xal itkisinə məruz qalan "Qalatasaray" turnir cədvəlində liderliyini davam etdirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.