Rafael Ağayev dünya çempionatına qələbə ilə başladı

8-11-2018, 09:44           
Rafael Ağayev dünya çempionatına qələbə ilə başladı
İspaniyanın paytaxtı Madriddə karate üzrə 24-cü dünya çempionatı davam edir.

Azərbaycan Milli Karate Federasiyasından Publika.az-a verilən məlumata görə, yarışın ilk günündə beşqat dünya çempionu Rafael Ağayev tatami üzərinə çıxıb. O, Qvatemala idmançısı Allan Maldonado ilə görüşüb. Döyüş R.Ağayevin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Karateçimiz növbəti mərhələdə argentinalı Xulio İçiki ilə qarşılaşacaq.

Qeyd edək ki, fərdi yarışların ikinci günündə daha 6 karateçimiz tatamiyə çıxacaq.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.