Millətlər Liqası: Prosineçkinin rəhbərlik etdiyi Bosniya və Herseqovina yığması növbəti mərhələyə yüksəlib

16-11-2018, 07:46           
Millətlər Liqası: Prosineçkinin rəhbərlik etdiyi Bosniya və Herseqovina yığması növbəti mərhələyə yüksəlib
UEFA Millətlər Liqasında V turun oyunlarına start verilib.

"Report" xəbər verir ki, ilk oyun günündə 4 liqada 9 qarşılaşma təşkil olunub.

A Liqasında iki oyun keçirilib. 2-ci qrupda Belçika doğma meydanda Mişi Batşuayinin dublu ilə İslandiya üzərində inamlı qələbə qazanıb. Hər iki topu start heyətində meydana çıxan "Qarabağ"ın qapıçısı Hannes Halldorsson buraxıb. Bu qələbə sayəsində Belçika növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib.

4-cü qrupda isə Xorvatiya - İspaniya matçı məhsuldar alınıb. Meydan sahibləri iki dəfə önə keçsələr də, pireneylilər məğlubiyyətdən yaxa qurtarmağı bacarıblar. Lakin uzatma dəqiqələrində Xorvatiya qələbə topunu vurmağa müvəffəq olub və qrupda birinci yerin taleyini son turda İngiltərə ilə səfər oyununa saxlayıb.

B Liqasında Robert Prosineçkinin rəhbərlik etdiyi Bosniya və Herseqovina səfərdə Avstriya ilə qolsuz heç-heçə edərək, 3-cü qrupun qalibi olub.

C Liqasının 2-ci qrupunda Macarıstan Estoniyanı, Yunanıstan isə Finlandiyanı məğlub edib. Nəticədə qrupda birinci yerin taleyi son tura qalıb.

D Liqasında 1-ci qrupdan növbəti mərhələyə vəsiqəni təmin etmiş Gürcüstan səfərdə Andorra ilə, Qazaxıstan isə Latviya ilə eyni hesablı heç-heçə edib - 1:1.

2-ci qrupda isə Belarus səfərdə Lüksemburq üzərində inamlı qələbə sayəsində liderliyə yüksəlib. Moldova da səfərdə San Marinonu yenərək, qrup liderliyi şanslarını son tura saxlayıb.

15 noyabr

Millətlər Liqası

V tur

A Liqası

2-ci qrup

23:45. Belçika - İslandiya - 2:0

Qol: Mişi Batşuayi, 65; 81

Xal durumu: Belçika – 9 xal (3 oyun), İsveçrə - 6 (3), İslandiya – 0 (3)

4-cü qrup

23:45. Xorvatiya - İspaniya - 3:2

Qollar: Andrey Kramariç, 54. Tin Yedvay, 69; 90+3 - Dani Sebalyos, 56. Serxio Ramos, 78 (pen.)

Xal durumu: İspaniya – 6 xal (4 oyun), İngiltərə - 4 (3), Xorvatiya – 4 (3)

B Liqası

3-cü qrup

23:45. Avstriya - Bosniya və Herseqovina - 0:0

Xal durumu: Bosniya və Herseqovina – 10 xal (4 oyun), Avstriya – 4 (3), Şimali İrlandiya – 0 (3)

C Liqası

2-ci qrup

23:45. Yunanıstan - Finlandiya - 1:0

Qol: Albin Qranlund, 25 (öz qapısına)

23:45. Macarıstan - Estoniya - 2:0

Qollar: Villi Orban, 8. Adam Şalay, 69

Xal durumu: Finlandiya – 12 xal (5 oyun), Yunanıstan – 9 (5), Macarıstan – 7 (5), Estoniya – 1 (5)

D Liqası

1-ci qrup

19:00. Qazaxıstan - Latviya - 1:1

Qollar: Qafurjan Suyumbayev, 37 - Denis Rakel, 49

23:45. Andorra - Gürcüstan - 1:1

Qollar: Kristian Martines, 63 - Georgi Çakvetadze, 9

Xal durumu: Gürcüstan - 13 xal (5 oyuna), Qazaxıstan - 6 (5), Latviya - 3 (5), Andorra - 3 (5)

2-ci qrup

23:45. Lüksemburq - Belarus - 0:2

Qol: Stanislav Draqun, 37; 54

23:45. San Marino – Moldova - 0:1

Qol: Vitali Damaşkan, 78

Xal durumu: Belarus – 11 (5), Lüksemburq – 9 (5), Moldova – 8 (5), San Marino – 0 (5).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.