Azərbaycan – Farer adaları: Heyətlər açıqlandı - 2-0 YENİLƏNDİ

17-11-2018, 20:56           
Azərbaycan – Farer adaları: Heyətlər açıqlandı - 2-0 YENİLƏNDİ
Bu gün Millətlər Liqasında V turun son oyunları keçiriləcək. Matç.az saytı xəbər verir ki, D Liqasının III qrupunda mübarizə aparan Azərbaycan millisi Farer adaları ilə qarşılaşacaq.

Bu, Qurban Qurbanovun yetirmələrinin son ev oyunu olacaq. İlk iki matçda Bakı Olimpiya Stadionunu 1 xalla tərk edən komandamız doğma azarkeşlər önündə ilk qələbəni qazanmağa çalışacaq.

Millimiz 1-ci yer uğrunda mübarizədəki əsas rəqibi Kosovo ilə səfər matçı öncəsi 3 xal qazanmağa borcludu. Bunun üçün komandamız səfərdə 3 cavabsız qolla darmadağın etdiyi rəqibi evdə yenməlidi.

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı oyun saat 21:00-da başlayacaq. Malta və Kosovo yığmaları da eyni vaxtda münasibətlərini aydınlaşdıracaq.

Millətlər Liqası
V tur, 17 noyabr
D Liqası, III qrup

21:00. Azərbaycan – Farer adaları
Bakı Olimpiya Stadionu. Hakimlər: Dimitrios Masias, Marios Kalogerou, Ioannis Lazarou, Omiros Tziortzis, Vasilis Dimitriou, Loukas Sotiriou (hamısı Kipr)

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfat Dadaşov, 17. Mahir Mədətov, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Səlahat Ağayev, 3. Ürfan Abbasov, 8. Emin Mahmudov, 9. Mirabdulla Abbasov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Şəhriyar Əliyev, 19. Rahil Məmmədov, 22. Əfran İsmayılov
Baş məşqçi: Qurban Qurbanov

Farer adaları: 1. Qunnar Nilsen, 3. Vilyormur Davidsen, 4. Atli Qreqersen, 5. Raqnar Nattestad, 6. Hallur Hansson, 8. Brandur Hendriksson, 9. Gilli Rolantsson, 10. Solvi Vatnhamar, 15. Odmar Faero, 19. Roqvi Baldvinsson, 21. Klamint Olsen
Ehtiyat oyunçular: 12. Teitur Gestsson, 23. Kristian Yoensen, 2. Maqnus Eqilsson, 7. Kay Bartalstovu, 11. Heyni Vatnsdal, 13. Arni Frederiksberq, 14. Meynhard Olsen, 17. Qunnar Vatnhamar, 18. Yoqvan Rua Davidsen, 20. Yoannes Byartalid, 22. Yakup Tomsen
Baş məşqçi: Lars Olsen (matc.az)
Teref.az xəbər verir ki, oyunun 77-ci dəqiqəsində hesab 2-0 Azərbaycan millisinin xeyrinədir!



1. Kosovo 4 2 2 0 6-2 8
2. Azərbaycan 4 1 3 0 5-2 6
3. Farer adaları 4 1 1 2 4-7 4
4. Malta 4 0 2 2 4-8 2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.